"Mən öləndən sonra mahnılarımı oxuyacaqlar"


Şou-biznes 30 Noy 2017 14:54:00 308 0

"Mən öləndən sonra mahnılarımı oxuyacaqlar"

ARB TV-nin "Səhər-səhər" verilişinin qonağı olan müğənni Əlikram Bayramov maraqlı açıqlamalar verib.

Son.az xəbər verir ki, o, "Əsrin gözəli" və "Yaz çiçəyi" mahnılarının bozbaş olmadığı haqda danışdı: "O mahnılar bozbaş mahnılar deyil. Həmin mahnılara bozbaş deyənin zövqü yoxdur. Ümumiyyətlə, musiqidə bozbaş sözü qadağandır. "Əsrin gözəli" mahnısı gözəlliyi tərənnüm edir. Vaxt gələcək bu mahnılarımın dəyəri bilinəcək. Müəllifləri özüməm. Mən dünyamı dəyişdikdən sonra, o mahnılara qayıdacaqlar. Onda o mahnılar dillər əzbəri olacaq".


Xəbərə aid foto