Dəhşətli kadrlar: qadının başından qurdlar çıxarıldı VİDEO FOTO


Digərləri 30 Noy 2017 14:35:00 332 0

Dəhşətli kadrlar: qadının başından qurdlar çıxarıldı  VİDEO  FOTO

Preti Devi küçədə, dükanın yanında oturub ağlayırdı. Onun göz yaşlarını görən iki şəxs bu evsiz-eşiksiz, dilənçi qadına yardım etmək qərarına gəlirlər. Onlar bilmirdilər ki, qadını faktiki olaraq ölümdən xilas edirlər.

Son.az Hindustan Times-a istinadən bildirir ki, olay beş ay əvvəl Hindistanın Racastan ştatındakı Bharatpur şəhərində yaşanıb.

"Apna Ghar" xeyriyyə təşkilatının iki əməkdaşı 30 yaşlı Preti Devinin sürəkli başını qaşıdığı və bu zaman ağladığını görərək onu hospitala aparıblar.

Hospitalda Pretini müayinə edən həkimlər şoka düşüblər. Çünki qadının başında qurdlar qaynaşırdı.

Dərhal cərrahiyyə əməliyyatına başlanıb və qaynaşan qurdlar çıxarılıb. Qurdlar Pretinin başının dərisini gəmirərək oyuqları xatırladan yuvalar açmışdılar.

Pretinin 5 ay davam edən müalicəsi dünən başa çatıb.

O, özünü yaxşı hiss etdiyini deyib.


Xəbərə aid fotolar