Dekabrın ilk günündə QAR YAĞACAQ


Digərləri 30 Noy 2017 12:47:00 361 0

Dekabrın ilk günündə QAR YAĞACAQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.