Əli Əhmədov: İcbari tibbi sığortanın məbləği aşağı olacaq


Digərləri 30 Noy 2017 12:49:06 233 0

Əli Əhmədov: İcbari tibbi sığortanın məbləği aşağı olacaq

İcbari tibbi sığortanın məbləği aşağı olacaq.

Bakı. Elçin Mehdiyev – İcbari tibbi sığorta ilə bağlı Mingəçevir və Yevlaxda tətbiq edilən pilot layihələrə münasibət müsbətdir. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib. Ə.Əhmədov bildirib ki, tibbi xidmətlər üçün müraciətlərin sayı çox olub: “Bu da tibbi xidmətlərin ödənişsiz və yüksək səviyyədə olması ilə bağlıdır”. Baş nazirin müavini bildirib ki, gələcəkdə münasib icbari tibbi sığorta modeli yaradılacaq və tətbiq ediləcək: "Əhalinin müəyyən kateqoriyalarının, yəni pensiyaçıların, əlillərin icbari tibbi sığorta haqqı dövlət tərəfindən ödəniləcək, işləyən və imkanı olan insanlar isə özləri sığorta haqqını ödəyəcəklər. Sığorta haqqı məsələsi araşdırılır, hesablamalar aparılır. Başqa ölkələrdə icbari tibbi sığorta haqqı pensiya fonduna ödənilən məbləğdən aşağı deyil. Amma bizim cəmiyyətimiz bu qədər tibbi sığrta haqqının ödənilməsinə hazır deyil. Avropa ölkələrində sığorta haqqı əməkhaqqı fondunun 14 faizinə qədərdir. Biz bu qədər tətbiq edə bilmərik, ancaq elə edəcəyik ki, ortaq məxrəc tapılsın. Bu məbləğ həm keyfiyyətli xidmət göstərmək üçün kifayət etsin, həm də sığorta ödəyənlərə yük düşməsin”. Baş nazirin müavini qeyd edib ki, ilkin vaxtda icbari tibbi sığortanın məbləği aşağı olacaq: "Yəni Avropa ilə müqayisədə simvolik olacaq, amma gələcəkdə insanları rifahı yaxşılaşdıqca, sahibkarlıq inkiaf etdikcə sığortanın məbləğinə yenidən baxılacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin