Ağdaşda DƏHŞƏTLİ QƏZA: ölənlər və yaralılar var


Digərləri 30 Noy 2017 11:56:00 397 0

Ağdaşda DƏHŞƏTLİ QƏZA: ölənlər və yaralılar var

Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11.00 radələrində Ağdaşın Xosrov kəndi ərazisində "Nissan" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.   Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.   Xəsarət alanlar Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.   Faktla bağlı araşdırma aparılır.