Türkiyədən yeni hərbi əməliyyatlar barədə XƏBƏRDARLIQ


Digərləri 30 Noy 2017 11:50:00 247 0

Türkiyədən yeni hərbi əməliyyatlar barədə XƏBƏRDARLIQ

Türkiyə Suriya ərazisində Afrin şəhərində yeni hərbi əməliyyatları istisna etmir

Türkiyə Suriya ərazisində Afrin şəhərində yeni hərbi əməliyyatları istisna etmir. Trend-in məlumatına görə, bunu Türkiyənin baş nazir müavini Bəkir Bozdağ deyib. Nazir müavininin sözlərinə görə, Suriyanın şimalında baş verən hadisələr ilk növbədə Türkiyəni maraqlandırır. B.Bozdağ qeyd edib ki, Ankara Suriyanın şimalında, Türkiyənin cənub sərhədlərində yeni dövlətin yaradılmasına icazə verməyəcək.