Əli Əhmədov məşğulluğun artırılmasından danışdı


Digərləri 30 Noy 2017 11:45:00 237 0

Əli Əhmədov məşğulluğun artırılmasından danışdı

Azərbaycanda məşğulluğun artırılması baxımından hökumət tərəfindən ciddi işlər görülür və bu, öz müsbət nəticəsini verib.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda məşğulluğun artırılması baxımından hökumət tərəfindən ciddi işlər görülür və bu, öz müsbət nəticəsini verib. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib. Ə.Əhmədov bildirib ki, İlham Əliyev 2003-cü ildə Prezident seçilən zaman öz platformasında 600 min yeni iş yerinin yaradılması ilə bağlı layihə irəli sürmüşdü: “Bu məqsəd uğurla həyata keçirildi, işsizlik səviyyəsi əhəmiyyətli şəkild aşağı düşdü. Azərbaycanda 2003-cü ildən indiyə qədər 1.9 milyon yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin yaradılması istqamətində çox möhtəşəm layihə həyata keçirilib”. Ə.Əhmədov qeyd edib ki, işsizliyin aşağı salınması insanların rifahının yaxşılaşmasına səbəb olub, Azərbaycanda yoxsulluq səviyyəsi 10 dəfə azalaraq 4-5 faizə düşüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin