Ukraynada elektromobil satışı artıb


Digərləri 30 Noy 2017 08:55:00 272 0

Ukraynada elektromobil satışı artıb

Ukraynada bu ilin 10 ayı ərzində 2,2 min elektromobil satılıb.

Son.az lent.az-a istinadən bildirir ki, bu barədə "Ukravtoprom" saytı məlumat yayıb.   Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik avtomobillərinə tələbat 227% artıb.   Ölkədə elektromobillərə ən çox paytaxtda maraq var. Belə ki, yanvar-oktyabr aylarında Kiyevdə 528 bu cür maşın satılıb. İkinci sırada Xarkov vilayəti gəlir, burada 406 avtomobil satılıb. Üçüncü yerdə isə Odessa vilayətidir. Burada satılan elektromobillərin sayı 405 ədəddir.     Ukraynalılar arasına ən populyar elektrikli avtomobil "Nissan Leaf"dir. Bu markanın ardınca "BMW i3", "Tesla Model S", "Ford Focus" və "Fiat" sıralanıb.