Bakıda maşın dirəy dəyib, onu aşırıb, sürücü qaçıb FOTO


Digərləri 30 Noy 2017 08:10:00 289 0

Bakıda maşın dirəy dəyib, onu aşırıb, sürücü qaçıb  FOTO

O qaçarkən maşının dövlət qeydiyyat nişanını da çıxıb

Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, "Statistika dairəsi" kimi tanınan ərazidə "Kia Sportage" markalı avtomobilin sürücüsü yüksək sürətlə dönmə əməliyyatı edən zaman idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında olan işıq diyərinə çırpılıb. İşıq dirəyini aşıran avtomobilin daha sonra arxa təkər sistemi qırılıb və maşın yoldan çıxıb. Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alıb. O, "Kia"nın dövlət qeydiyyat nişanını çıxardaraq hadisə yerindən qaçıb. Polis əməkdaşları qəza baş verən ərazidə olublar. Hazırda avtomobilin sahibi müəyyənləşdirilir. Faktla əlaqədar başlanılan araşdırmalar davam etdirilir.


Xəbərə aid fotolar