Orqanizm təmizlənməsinin sadə üsulu


Digərləri 29 Noy 2017 22:55:00 378 0

Orqanizm təmizlənməsinin sadə üsulu

Tübaj öd kisəsinin yuyulması prosesidir, çox səmərəli müalicəvi və profilaktik üsuldur. Tübaj həzmi yaxşılaşdırır, öd kisəsində olan durğunluqla mübarizə aparır, ən əsası isə öd daşlarının əmələ gəlməsinin qarşısını alır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tübaj etməyə qərar verərkən ilk növbədə öd kisəsində daş olmadığına əmin olmaq lazımdır, əks halda hətta çox kiçik, hətta ağrı verməyən "lal" daşlar da tübajın təsiri ilə öz yerini dəyişib öd axarını bağlaya bilər və təcili cərrahi əməliyyata ehtiyac yaranar. Ona görə də prosesdən əvvəl mütləq ultrasəs müayinəsindən keçmək və həkimlə məsləhətləşmək lazımdır. Kəskin xolesistiti, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi də tübaj üçün əks göstəriş sayılır. Həmin xəstəliklər olmayanda tübajdan istifadə etmək daha yaxşı nəticə verir.