ABŞ-da İsa peyğəmbərin təsviri olan Milad reklamı qadağan edilib


Dünya 29 Noy 2017 22:27:12 285 0

ABŞ-da İsa peyğəmbərin təsviri olan Milad reklamı qadağan edilib

Bu barədə qərar Vaşinqton Tranzit Daşımalar Mərkəzi tərəfindən qəbul olunub

ABŞ-da avtobusların üzərinə İsa peyğəmbərin (ə) təsviri olan reklamın yerləşdirilməsi qadağan edilib.

“Report” xəbər verir ki, Vaşinqton, Merilend və Virciniya ştatları üzrə 1500 avtobusu idarə edən Vaşinqton Tranzit Daşımalar Mərkəzi (VTDM) bu addımını reklamın dini təbliğat xarakteri daşıması ilə əsaslandırıb.

Amerika keşişləri buna cavab olaraq şirkəti məhkəməyə verməyə hazırlaşır.

Vaşinqtonun arxiyepiskopu ümid edir ki, federal məhkəmə VTDM-i bu qərarından imtina etməyə məcbur edəcək.