İspaniyada taksi sürücüləri tətil keçirir


Dünya 29 Noy 2017 21:15:00 245 0

İspaniyada taksi sürücüləri tətil keçirir

İspaniyanın paytaxtı Madriddə taksi sürücüləri birgünlük tətil keçirir.

Son.az Trend-ə istinadən bildirir ki, bu qərar məhkəmənin "Uber" və "Cabify" onlayn taksi xidmətlərinə yeni lisenziyaların verilməsi qərarına etiraz olaraq qəbul edilib.

Yeni məhkəmə qərarına əsasən, onlayn xidmətlər göstərən şirkətlər adi taksilərlə müqayisədə avtomobillərin sayını artıracaq.