Qaldığı otellərdən 120 televizor oğurlayıb


Dünya 29 Noy 2017 19:50:00 242 0

Qaldığı otellərdən 120 televizor oğurlayıb

Hindistanda Vasudev Nanaiah adlı şəxs son 4 ayda qaldığı otellərdən 120 televizor oğurlayıb.

Mİlli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, otellərə böyük çamadanla gedən Nanaiah oğurluq edərkən diqqət çəkməyib. O, oteldən ayrıldıqdan sonra isə televizorun oğurlandığı məlum olub.

Bir neçə həftə öncə həbs edilən, daha sonra kəfalətlə sərbəst buraxılan Nanaiah, həbsdən çıxdıqdan sonra yenə əməlinə davam edib. Lakin çox keçmədən polislər onu təkrar yaxalayıb.