Bəyin bacısı toyda Damlaya "qan uddurdu": "Mənə elə tərzdə baxırdı ki..."


Şou-biznes 29 Noy 2017 10:18:00 326 0

Bəyin bacısı toyda Damlaya "qan uddurdu": "Mənə elə tərzdə baxırdı ki..."

Müğənni Damlanın başına iş gəlib...

Son.az xəbər verir ki, Damla başına gələnləri day.az-a danışıb.

"Gəncədə toyda idim, gördüm bir xanım mənə elə tərzdə baxır ki, qutuda ilan görüm, səni görməyim. Bir baxmaq baxırdı ki... Musiqiçilərlə də yaxşı davranmırdı. Sən demə, bu qadın bəyin bacısı imiş. Ortalığı qatmışdı bir-birinə. Bir mahnını saxlayıb, o birini "zakaz" verirdi. Bu qadın heç bir şeylə qane olmurdu.

Hətta vəziyyət o yerə gəldi çatdı ki, başladı musiqiçilərlə dalaşmağa. Nə ata, nə qardaş, heç kəs bu qadını sakitləşdirə bilmirdi. Oynayır, oynadığı yerdə əlini sallayır ki, dəyiş də, bu nə mahnıdır. Bu insan, nə oxuyuruq xoşuna gəlmirdi. Mənim yerimə kim olsaydı, mikrofonu qoyardı yerə, toy sahibinə deyərdi ki, bu nədir, ələ salmısız məni? Toyda rep oxumalıyam?