Rumıniya ABŞ-dan 7 ədəd “Patriot” zenit raket kompleksi alır


Dünya 29 Noy 2017 06:56:18 319 0

Rumıniya ABŞ-dan 7 ədəd “Patriot” zenit raket kompleksi alır

ZRK-nın alınmasına dair müqavilə bu gün imzalayacaq

Bu gün Rumıniya və ABŞ hökumətləri arasında “hava-yer” tipli 7 ədəd “Patriot” zenit-raket kompleksinin (ZRK) alınması ilə bağlı müqavilə imzalanacaq.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə naziri Mihai Fifor məlumat verib.

Nazir əlavə edib ki, artıq 2019-cu ilin ikinci yarısında Rumıniya ordusu “Patriot” ZRK-ləri ilə təchiz ediləcək. Sözügedən raket sisteminin dördü hərbi-hava qüvvələri, üçü isə quru qoşunlarının arsenalına daxil ediləcək. “Patriot” ZRK-larının alınması dövlət büdcəsinə təqribən 4 milyard ABŞ dollarına başa gələcək. Rəsmi Buxarest 910 mln. dollar həcmində ilk tranşı dekabr ayında strateji tərəfdaşı olan ABŞ-a ödəyəcək.

“Patriot”un alınması ilə bağlı qanun layihəsi Rumıniya parlamenti və ölkə prezidenti tərəfindən təsdiq edilib.