Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasınının çağırılmasını tələb edib


Dünya 29 Noy 2017 05:31:36 310 0

Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasınının çağırılmasını tələb edib

Sidzo Abe: "Biz BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb edirik"

Yaponiya Şimali Koreyanın noyabrın 28-də raket buraxılışı həyata keçirməsi ilə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edir.

“Report” xəbər verir ki, bu barədə ölkənin baş naziri Sindzo Abe məlumat yayıb.

"Biz BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb edirik. Beynəlxalq ictimaiyyətin Şimali Koreyaya qarşı sanksiya tədbirlərinə tam olaraq sadiq qalması lazımdır", — deyə TASS onun sözlərini sitat gətirib.