ASAN Könüllülərinin III Spartakiadası keçirildi


Digərləri 28 Noy 2017 18:18:00 277 0

ASAN Könüllülərinin III Spartakiadası keçirildi

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə ASAN Könüllülərinin III Spartakiadası idman yarışları baş tutub.

Paralel olaraq Qəbələ İdman olimpiya kompleksi və Qəbələ atıcılıq klubunda keçirilən yarışlarda "ASAN xidmət" mərkəzlərindən 11 komanda daxilində 55 könüllü iştirak edib.

Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Mahir Hətəmovun layihə rəhbəri olduğu "Sağlamlıq Günü: "ASAN Könüllülərinin III Spartakiadası" layihəsi çərçivəsində təşkil olunan yarışda iştirakçılar atletika, velosiped yarışı, atıcılıq, üzgüçülük, qol gücü, kəndirdartma kimi idman növləri üzrə güclərini sınayıblar.

Spartakiadada 7 fərqli bölgədən olan gənclər komandalar və fərdi şəkildə iştirak edib.


Xəbərə aid fotolar