İvanka Tramp 15 yaşlı azərbaycanlı sahibkar qızın ixtirasını alqışlayır


Digərləri 28 Noy 2017 17:47:00 239 0

İvanka Tramp 15 yaşlı azərbaycanlı sahibkar qızın ixtirasını alqışlayır

İvanka Tramp 15 yaşlı azərbaycanlı sahibkar qızın ixtirasını alqışlayır.

Son.az bildirir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, prezident Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Azərbaycandan olan 15 yaşlı Reyhan Camalovanın nailiyyətlərini təqdir edib.

Xanım Tramp çıxışında deyib: "Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətinin yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var - "Hər dəfə bir evi işıqlandır." Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx."