Türkmənistanın keçmiş prezidentinin adına olan şəhər, rayon və qəsəbələrin adları dəyişdirilib


Dünya 28 Noy 2017 15:32:26 306 0

Türkmənistanın keçmiş prezidentinin adına olan şəhər, rayon və qəsəbələrin adları dəyişdirilib

Qərar imzalandığı gündən qüvvəyə minib

Türkmənistanın birinci prezidenti Saparmurat Niyazovun (Türkmənbaşı) adı verilən şəhər, qəsəbə və rayon adları dəyişdirilib.

“Report” CA-NEWS-a istinadən xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov bununla bağlı sənəd imzalayıb.

Keçmiş prezidentin atasının şərəfinə adlanan Atamırat rayonu və Atamırat şəhəri Kerkin rayonu və Kerki şəhəri adlanıb. Bundan sonra Dyanev rayonunun Niyazov qəsəbəsi Qaraşsızlık, Sərdarabat rayonu Çarcev adlanacaq.

Böyük Türkmənbaşı adına rayon ləğv edilərək ərazisi Dövlətli rayon inzibati vahidinə verilib.

Qərar imzalandığı gündən qüvvəyə minib.

Xatırladaq ki, 1985-ci ildən 2006-cı ilə qədər Türkmənistanı idarə etmiş Saparmurat Niyazovun ölkə paytaxtı Aşqabaddakı heykəli 2017-ci ilin iyulunda sökülüb.