Ukraynanın baş naziri: "Qara dəniz hövzəsində limanlar üzrə daşınmaların tariflərini 60 faizəə qədər azaltmağı planlaşdırırq"


Dünya 28 Noy 2017 13:33:06 276 0

Ukraynanın baş naziri: "Qara dəniz hövzəsində limanlar üzrə daşınmaların tariflərini 60 faizəə qədər azaltmağı planlaşdırırq"

"Biz dəmir yolu daşınmaları sahəsində Gürcüstan-Azərbaycan-Ukrayna assosiasiyasının yaradılması ideyasını da dəstəkləyirik"

“Biz Qara dəniz hövzəsində limanlar üzrə daşınmaların tariflərini 60 faizə qədər azaltmağı planlaşdırırq. Biz bunu rəqabətə davamlılıq baxımından etmək niyyətindəyik”.

“Report”un Gürücstan bürosu xəbər verir ki, bu sözləri Tbilisidə keçirilən “İkinci İpək yolu” beynəlxalq konfransındakı çıxışı zamanı Ukraynanın baş naziri Vladimir Qroysman söyləyib.

O, Şəq-Qərb dəhlizinin vacibliyini vurğulayıb və Ukraynanın bu layihəyə öz töhfəsini verəcəyini bildirib: “Asiya, Avropa və Baltikyanı ölkələr arasında əməkdaşlığın inkişafına dair çox ciddi istiqamətlər var. Bu dəhlizdə Ukrayna etibarlı tərəfdaş ola bilər. Biz həmçinin Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin dəmir yolu daşınmaları sahəsində Gürcüstan-Azərbaycan-Ukrayna assosiasiyasının yaradılması ideyasını da dəstəkləyirik. Bu, dəmr yolu daşınmalarında mühüm rol oynayacaq”.

V.Qroysman konfransın Ukraynanın Gürcüstan və digər region dövlətləri ilə əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayacağını söyləyib və ölkəsinin iqtisadi inkişafı, Avropa İttifaqı ilə azad ticarət zonasının yaradılması istiqamətində görülən işlər barədə də məlumat verib.