Ödənilən cərimələrdən kimlərə pay düşəcək?


Digərləri 28 Noy 2017 13:11:00 285 0

Ödənilən cərimələrdən kimlərə pay düşəcək?

Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə toplanan cərimələrin bir hissəsi işçilərin sosial müdafiəsinə yönəldiləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.

İclasda bildirilib ki, Torpaq Məcəlləsinə təklif edilən yeni dəyişikliyə əsasən, bu məcəllənin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürüləcək. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə istifadə qaydası müvafiq icra hakimiyyıti orqanı tərəfindən müəyyən edilir.