"Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda beynəlxalq konfrans keçirilib FOTO


Digərləri 28 Noy 2017 12:18:38 343 0

"Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda beynəlxalq konfrans keçirilib  FOTO

Bu gün Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda beynəlxalq konfrans keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının ixtisaslaşdırılmış institutlarının dəstəyi ilə keçirilən konfransda Azərbaycanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, xarici qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov konfransın məqsədi haqqında məlumat verib. O qeyd edib ki, konfransın əsas məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uğurlu siyasətin tərkib hissələri olan tolerantlığın və etnomədəni müxtəlifliyin qorunub saxlanması, mədəniyyətlər arası dialoqun rolunun artırılması, ümumən multikulturalizmin nümunəvi Azərbaycan modelinin təbliöi və təşviqidir.

Daha sonra tədbirdə çıxış edən Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov bildirib ki, Azərbaycan müasir dövrdə yeganə dövlətlərdəndir ki, multikulturalizm burada dövlət siyasətidir. Bu siyasətin əsası ulu öndər Heydər Əlyev tərəfindən qoyulub, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Multikulturalizm ənənələrindən biri Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə olmasıdır.