Yevlaxda kişi arvadını döyüb


Digərləri 28 Noy 2017 09:09:00 242 0

Yevlaxda kişi arvadını döyüb

Yevlaxda kişi 26 yaşlı arvadını döyüb.

Son.az APA-ya istinadən xəbər verir ki, noyabrın 27-i Şəki şəhəri S. Əfəndiyev küçəsi ev 12 ünvanında qeydiyyatda olan, 1991-ci il təvəllüdlü Xatun İlqar qızı Rəsulova bədənin çoxsaylı küt travmaları ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, əri tərəfindən döyülən Xatun Rəsulovanın müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.   Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Yevlax rayonunda ərdə olan Xatun Rəsulova bir-neçə gün əvvəl orada möhkəm döyülüb. Ağır bədən xəsarəti alan Xatun Rəsulova Şəki şəhərində yaşayan ailəsinin yanına gəlib. 

Faktla bağlı araşdırma aparılır.