Azərbaycanda tikinti materialları istehsalı artıb


Digərləri 27 Noy 2017 20:48:00 273 0

Azərbaycanda tikinti materialları istehsalı artıb

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materialları istehsalı ilə məşğul olan şirkətlər 460,6 milyon manat məbləğində məhsul istehsal edib ki, bu da 2016-c ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, hesabat dövründə Azərbaycanda 2,39 milyon ton sement (2016-cı ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz artım), 82,6 min ton tikinti gipsi (34,5 faiz azalma), 561,9 min ton hazır beton qarışığı (53,7 faiz artım), 133,1 min kubmetr yığma beton inşaat konstruksiyası (83,1 faiz artım), 19,18 min ton cilalanmış mərmər, travertin, alebastr və onlardan məmulatlar (3 dəfə artım) istehsal edilib.