Bu iki məşhur küsülü imiş


Şou-biznes 27 Noy 2017 20:36:00 303 0

Bu iki məşhur küsülü imiş

Prodüser Tarix Əliyevlə (Tolik) əməkdar artist Abbas Bağırov küsülü imiş. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Tolik "Hər şey daxil" verilişində deyib:

"Abbas Bağırovun xətrini çox istəyirdim, amma indi onunla danışmıram. Bu yaxınlarda bir toyda məni gördü, yanına çağırdı. Mən də ona öpüş göndərib, "yox" dedim. Çünki mən səmimi dostluğu sevirəm. Dostuma görə hər şeyi edirəm. Onun yaxşı günündə yox, pis günündə yanında olaram. Allah Abbasa pis gün göstərməsin, amma səmimiyyət yoxdursa... Deyirmiş ki, filan şeyi Tolik bilməsin... Ona görə də yalandan el arasında "Abulum, totum-motum" etməsini istəmirəm. Allah hamının ruzisini versin. Siz guya olmasanız mən öləcəm?".