İntihara sürükləyən qrip dərmanları Azərbaycanda da satılır? RƏSMİ CAVAB


Digərləri 27 Noy 2017 14:05:00 268 0

İntihara sürükləyən qrip dərmanları Azərbaycanda da satılır?  RƏSMİ CAVAB

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi qrip əleyhinə olan "Tamiflu" adlı dərmanı qəbul edən xəstələrdə "qəribə davranış"lar müşahidə etdiyindən həmin dərmanın uşaq və yeniyetmələr üçün istifadəsini məqbul saymır. Artıq bir neçə ildir ki, Yaponiyada "Tamiflu" həkimlər tərəfindən uşaqlara yazılmır.

Lakin indi Yaponiya nazirliyi belə hesab edir ki, "qəribə davranış"la əlaqədar risklər yalnız "Tamiflu"ya aid deyil. Qripə qarşı digər dərmanları - "Laninamivir", "Relenzu" ("Zanamivir") adlı dərman vasitələrini qəbul etmiş xəstələr, xüsusilə uşaqlarda da qeyri-adi hərəkətlər müşahidə edilir. Ötən il Yaponiyada nazirlik tərəfindən qrip əleyhinə dərmanlar qəbul etmiş şəxslərin, xüsusən uşaqlar və yeniyetmələrin qəfil həyəcanlanb qaçmağa başlaması, pəncərədən tullanmağa cəhd etməsi ilə bağlı 54 fakt aşkarlanıb.

Yaponiyada narahatlığa səbəb olan bu dərmanlar Azərbaycanda istifadə edilirmi?

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, Almaniya, Fransa, İtaliya, ABŞ istehsalı olan "Tamiflu" adlı dərman vasitəsi ölkəyə idxal olunması və istifadə edilməsi üçün dövlət qeydiyyatından keçib: