"Amazon"un görünməyən üzü: burada insanı məhv edirlər VİDEO FOTO


Digərləri 27 Noy 2017 11:29:00 373 0

"Amazon"un görünməyən üzü: burada insanı məhv edirlər  VİDEO  FOTO

Oturduqları, dayandıqları yerdə yatırlar. Bəzən də elə olur ki, halları pisləşir, özlərini çox pis hiss edirlər və bu səbəbdən çağırılan təcili yardımla hospitala aparılırlar.

Son.az dailymail-ə istinadən bildirir ki, onlar dünyanın ən böyük onlayn-ticarət platforması olan "Amazon"un İngiltərədəki Tilberi mərkəzi anbarında çalışanlardır.

Burada işləyənlərin dediklərinə görə, vəziyyət çox kritikdir.

"İş həftəmiz ən azı 55 saat olur. Yorğunluqdan ayaq üstə dayana bilmirik. Özümüzü çox yorğun hiss edirik. Üstəlik, ən kiçik səhvə, nöqsana görə ağır cəzalanır, böyük cərimələrə məruz qalırıq", - "Amazon"un işçilərindən biri deyib.

Tilberidəki anbarda çalışanlar saatda 300 əşyanı yerbəyer etməlidir. 11 futbol meydanı boyda olan anbarda az qala hər qarış videomüşahidə kameralarının nəzarətindədir.

Sunday Mirror qəzetinin reportyoru bu anbara işə düzəlib və beş həftə çalışıb. O, əməkdaşların dediklərini təsdiqləyir.

"Amazon"un İtaliya və Almaniyadakı anbarlarında, mərkəzlərində çalışanlar da dözülməz iş şəraitindən, maaşların azlığından şikayətlənirlər.


Xəbərə aid fotolar