Adam öldürən 4 məhbus qaçdı


Dünya 27 Noy 2017 10:47:00 255 0

Adam öldürən 4 məhbus qaçdı

Qırğızıstanda Daxili İşlər Nazirliyinin Operativ Xidməti gücləndirilmiş iş rejiminə keçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb müvəqqəti saxlama təcridxanasından quldurluq və qətldə təqsirləndirilən 4 nəfərin qaçması olub.

DİN-in yaydığı məlumata görə, həmin şəxslər Bişkek ətrafında saxlanıldıqları təcridxanadan səhər yerli vaxtla 6-da naməlum istiqamətdə qaçıblar.