“Junior Eurovision-2017”-nin qalibi bəlli oldu - video


Şou-biznes 27 Noy 2017 00:00:00 297 0

“Junior Eurovision-2017”-nin qalibi bəlli oldu - video

Uşaqlar arasında keçirilən “Eurovision-2017” (“Junior Eurovision") beynəlxalq mahnı müsabiqəsinin qalibi müəyyənləşib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən müsabiqədə rusiyalı təmsilçi, 14 yaşlı Polina Boquseviç 188 səslə birinci yeri tutub. O, yarışmada "Qanadlar" (“Wings”) adlı mhnı səsləndirib.

İkinci yerə Gürcüstan təmsilçisi Qriqol Kipşidze 185 balla, üçüncü yerə isə Avstraliya təmsilçisi İzabella Klark 172 balla layiq görülüb.

Tbilisi Olimpiya Sarayında keçirilən yarışmada 16 ölkə iştirak edib.