“Fövqəlinsan” olmaq üçün zəruri texnologiyalar


Dünya 26 Noy 2017 23:45:00 284 0

“Fövqəlinsan” olmaq üçün zəruri texnologiyalar

Fridrix Nitsşenin Zərdüştü üzünü kütləyə tutub, onları "fövqəlinsan" olmağa dəvət edirdi. Filosofun fövqəlinsanı nəyə oxşaya bilər deyə düşünməyə başladıqda, gələcəyin texnologiyalarına xüsusi yer ayırın.

XX əsrin ikinci yarısında tibb insan orqanlarının əvəz olunması üçün müxtəlif maraqlı üsullar kəşf etdi. Müasir dövrdə artıq adiləşmış kardiostimulyator sözü 50-ci illərdə inqilaba səbəb olmuşdu. Hazırki innovasiyalar sayəsində karların eşitmə bacarığı bərpa edilir və görmə əngəllilərin gözləri müalicə olunur. Əgər bir gün kardiostimulyator daha dəbdən düşsə, onu başqa bir şeylə dəyişdirə biləcəyik.

Bir neçə onillik əvvəl hazırlanma prosesində olan bu texnologiyalar gündəlik həyatımıza o dərəcədə oturuşub ki, daha heç kəsdə təəccüb doğurmur. Hələ də elmi fantastika kimi dəyərləndirilən tibbi texnologiyalar var ki, tezliklə kardiostimulyator kimi həyatımıza daxil olub, orada özünə yer tutacaq - yaxın keçmişin tarixi bunu təsdiqləyir. Bu texnikalardan bəziləri bədənimizə qoşulan tətbiqetmələr olacaq, digərli isə fəaliyyətimizi daha da artırmaq üçün nəzərdə tutulacaq.

"Beyin-kompüter" interfeysi

Son.az yasilelm.com-a istinadən bildirir ki, ETH Cybathlon rehearsal at the Swiss Arena in Kloten, Switzerland, July 14th 2015. (ETH/Alessandro Della Bella) "Beyin-kompüter" interfeysi olan neyrokompüter interfeysi, elə düşündüyümüz kimi insan beyni və kənar qurğu arasında əlaqə yaradır. İllərdir bu ideya elmi fantastika olaraq qalırdı - bəlkə hələ də bəziləri bundan xəbərsizdir, amma bu tip qurğular artıq 90-cı illərin ortalarından başlayaraq insanlar üzərində test edilir. Qeyd etmək vacibdir ki, araşdırmalar bu günədək davam edir.

1920-ci illərdən bəri məlumdur ki, beyin elektrik siqnallar istehsal edir. Bu siqnalları mexaniki avadanlığı idarə etmək üçün (və ya əksinə) ötürməyin mümkün ola biləcəyi ilə bağlı hipotez təklif edilmişdi. Meymunlar kimi canlılar üzərində neyrokompüter interfeysi sahəsində aparılan tədqiqatlar 60-cı illərdən bəri davam edir və xüsusilə son 15 ildə bu sferada ciddi sıçrayışlar baş verir.

Müasir üsullarla görmə və eşitmə çətinliyi olanların təbii bacarıqları, habelə fiziki əngəlli pasientlərin hərəkəti bərpa olunur. 2013-cü ildə buraxılan qeyri-invaziv prototip sayəsində iflic vəziyyətində olan şəxs kompüterdən istifadə edib. Pasientin nə izlədiyini və kursorun haraya çevrilməsi lazım olduğunu anlamaq üçün bu qurğu beynin arxa hissəsindən ötürülən və müxtəlif tezlikləri təhlil edən görmə siqnallarını müvəffəqiyyətlə tuta bilib.

Ekzoskeletlər

Gələcəyin müharibə səhnələrini göstərən fantastik filmlərdən bildiyimiz ekzoskeletlər (xarici skeletlər) artıq mühəndis və alimlərin böyük səyilə hazırlanmaqdadır. Lakin inkişaf etdirilməsinin əsas məqsədi heç də iri robotlar və yadelli işğalçılarla döyüşmək deyil - bu texnologiya sayəsində əlillər ayağa qalxa biləcək və ağır fiziki güc tələb edən sahələrdə işləyən insanlar daha dözümlü olacaqlar.

Bir şirkət alüminium və titandan 15 kilo ağırlığında Ekso kostyumu hazırlayıb və artıq ABŞ tibb mərkəzlərindən bir neçəsində istifadəyə verilib. Üstünlüyü bundan ibarətdir ki, onurğa beyində iflic travmaları olan pasientlər daha yeriyə bilir.

Lokhed Martin öz dəfələrlə yoxlanılmış Human Universal Load Carrier adlı oxşar "geyimini" hərbiçilər üçün təchiz edəcək. Bu ekzoskelet adi insana 90 kq ağırlıqdaki yükü saatda 15 km sürətlə daşımaq imkanı yaradır - nə yorulma, nə də tərləmə kimi təsirlərə məruz qalmadan.

Tibb sahəsində istifadəyə verilən daha bir maraqlı qurğu yaponların hazırladığı Cyberdine'dir. Bu ekzoskelet də iflic halıda olan insanlara yerimə şansı təklif edir.

Neyron implantlar

Neyron implantlar beynin boz maddəsinə yeridilən istənilən cihaza verilən addır. Neyron implantatı neyrokompüter interfeysi və ya əksinə də ola bilər, amma bu terminlər sinonim deyil. Ekzoskeletlərin bədən üçün etdiklərini implantlar beyin üçün edir, yəni bunların əksəriyyəti beynin pozulmuş və ya zədələnmiş mürəkkəb bölgələrinin funksiyasını və əqli bacarıqları bərpa edir.

Neyron implantatların dərin beyin stimulyasiyası üçün istifadəyə verilməsi hələ 1997-ci ildə təsdiqlənib. Effektivlikləri aşkar edildikdən sonra Parkinson, həmçinin xroniki ağrılar və depressiyanın müalicəsində tətbiq olunmağa başlayıb.

Lakin ən çox istifadə olunan neyron implantatlar 60-cı illərdə inkişaf etdirilmiş və itirilmiş görmə və eşitmə kimi bacarıqların qismən bərpa edilməsini təmin edən koxlear və tor qişa implantlarıdır.

Kiber-üzvlər

İtirilmiş üzvlərin əvəz olunması üçün protezlərdən yararlanmaq olar, bunların müasir analoqu isə təkcə estetik baxımdan deyil, həm də funksiya baxımından unikal hesab edilən kiber-üzvlərdir. Belə üzvlərin əsas vəzifəsi itirilmiş üzvün tam funksionallığının və xarici görünüşünün bərpası və əvəz olunmasıdır. Protezlərin hazırlanmasında əsasən neyrokompüter intefeysi tətbiq edilirsə belə, bu sferada məhdudiyyətləri aradan qaldıran digər araşdırmalar da aktiv olaraq aparılır.

Mövcud bir çox qurğular qeyri-invaziv interfeys istifadə edir ki, bunlar da yüngül əzələ hərəkətləri olduğunu aşkar edir. Müasir aparatlar isə daha effektiv hərəkətlilik nümayiş etdirir. Bununla yanaşı sahə üzrə ikitərəfli interfeys təmin etməyə çalışan tədqiqatçılar var ki, robotlaşdırılmış protez hazırlamaq hədəfindədirlər. Bunun köməyilə pasient süni əliylə toxunduğu obyekti hiss etmiş olacaq. Bu hələ harasıdır...

Harvardda yaradılan toxuma mühəndisliyi və nanotexnologiya sahələri "kibernetik toxuma" istehsal etmək üçün birləşiblər. Söhbət insan toxuması içərisinə yeridilən funksional elektronikadan gedir. Layihəyə başçılıq edən Çarlz Liberin dediyinə görə, bu nailiyyət sayəsində insanlar bioloji sistemin fəaliyyətini tam əvəzləmiş olacaqlar. Kibernetik toxumanın istehsalı işi dayanmadan davam etdirilir.

Ekzokorteks

Yuxarıda qeyd edilən ideyaları gələcəyə şamil edərək ekzokorteksi təsəvvür etməyə çalışın. Bu nəzəri informasiya təkmilləşdirilməsi sistemi bioloji beynin imkanlarını genişləndirmək üçün düşünülüb. Kompüterlə ağlın qarışması necə səslənir?

Bu təkcə beynin ən yaxşı informasiya saxlama anbarı olacağı mənasını vermir, həm də informasiyanın daha sürətli emal ediləcəyini vəd edir. Ekzokorteks yüksək səviyyəli düşünmə və dərk etmə üçün nəzərtə tutulub. Təsəvvür etmək çətindirsə düşünün ki, insan artıq uzun müddətdir xarici sistemləri bunun üçün istifadə edir. Qədim yazı və hesablama texnologiyaları olmasaydı müasir riyaziyyat və fizika sahələri yaranmazdı və kompüterlər uzun texniki proqres yolundaki dayanacaqlardan biridir.

Bundan başqa unutmayın ki, insanlar artıq kompüterləri öz davamçıları kimi istifadə etməyə başlayıb. İnterneti özlüyündə bu texnologiyanın prototipi kimi görmək olar, çünki bizə böyük informasiya bazasına giriş təqdim edir; kompüterlər kimi giriş üçün istifadə etdiyimiz qurğular isə bizə beynimizin hökmən bilmək məcburiyyətində olmadığı informasiyaların emalı üçün vasitələr verir. İki sistemin qarışması nəzəri olaraq insanlara elə bir vasitə təmin edəcək ki, onun sayəsində insan intellekti "fövqəlyüksək" və əlçatmaz səviyyəyə qalxacaq.