Mazdadan dörd qapılı konsept FOTO


Digərləri 26 Noy 2017 21:05:00 302 0

Mazdadan dörd qapılı konsept  FOTO

Yaponiyanın avtomobil nəhəngi olan Mazda Motor Corporation yeni konseptin sirrini açdı. Bu, dörd qapılı, aqressiv qabaq paneli və böyük radiator barmaqlığı olan Mazda Vision Coupe Concept modelidir. Avtomobil 2017-ci  ildə Tokio avtosalonunda təqdim edilib.

Son.az auto.az-a istinadən bildirir ki, əvvəllər güman edilirdi ki, Tokio-2017 avtosalonu idman avtomobili Mazda RX-9-un təqdimat yeri olacaq. Əvəzində isə, yerli avtomobil sənayesi sərgisinə prototip Mazda Vision Coupe Concept gəldi. Bu avtomobil Tokio-2017 avtosalonunun ən gözəli adına namizəddir.

Mazda Vision Coupe Concept, - heç şübhə yoxdur ki, - 2015-ci ildə Tokio avtosalonunda təqdim edilmiş Mazda RX-Vision Concept-ə bənzəyir. Faktiki olaraq demək mümkündür ki, qarşımızda eyni avtomobilin 2- və 4-qapılı versiyası dayanıb.

Təəssüf ki, Mazda Vision Coupe Concept-ni təqdim edərkən Yaponiya şirkəti onun texniki göstəriciləri barədə heç bir məlumat verməyib. Lakin rotor mühərriki heç də pis təxəyyül deyil. Həmçinin şirkətin təqdim etdiyi konseptə uyğun seriyalı avtomobil istehsal edib etməyəcəyi də məlum deyil.


Xəbərə aid fotolar