Milçəklərin güman edildiyindən daha çox təhlükəlidir


Dünya 26 Noy 2017 19:46:00 366 0

Milçəklərin güman edildiyindən daha çox təhlükəlidir

Alimlər aşkar edib ki, milçəklər zənn edildiyinndən daha çox sayda xəstəlik törədicisinin daşıyıcısı ola bilər.

Ev milçəkləri və leş milçəkləri 600-dən çox müxtəlif bakteriya daşıyır, keçirilmiş DNT analizi aşkar edib.

Bu bakteriyaların əksəriyyəti insan xəstəlikləri ilə əlaqəlidir, o cümlədən bağırsaq xəstəlikləri, qan zəhərlənməsi və sətəlcəm ilə.

Təcrübələrdən müəyyən olunub ki, milçək bakteriyaları ayaq və qanadları ilə yayır.

Alimlərə görə, milçəyin hər bir yerdəyişməsi mikrobların yayılmasına gətirib çıxarır.

Tədqiqatın müəlliflərindən biri, Pennsyvania Dövlət Universitetinin professoru Donald Bryant BBC-yə deyib: ''Milçəklərin bakteriya yaydığı məlum idi, lakin bunun bu dərəcədə böyük miqyasda baş verməsi barədə təsəvvür yox idi".