Çində sürüşmə nəticəsində 6 nəfər öldü


Dünya 26 Noy 2017 15:49:00 211 0

Çində sürüşmə nəticəsində 6 nəfər öldü

Çinin Quansi-Çjuan muxtar rayonunda dağ süxurlarının sürüşməsi nəticəsində 6 nəfər ölüb, daha 9-u yaralanıb.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə ÇXR-in Torpaq və Təbii Sərvətlər Nazirliyi öz "Weibo" mikrobloqunda yazıb.

Hadisə Maşan qəzasının Nannin şəhər dairəsində qeydə alınıb.