Azərbaycanda mobil balansdan istifadə ilə ödəmə mümkün olacaq


Digərləri 26 Noy 2017 15:28:00 281 0

Azərbaycanda mobil balansdan istifadə ilə ödəmə mümkün olacaq

Azərbaycanın Bakcell mobil rabitə operatoru abonent balansından istifadə etməklə ödəmə xidməti servisinin buraxılma imkanını nəzərdən keçirir.

Son.az bildirir ki, bu barədə Trend-ə şirkətin icraçı direktoru Nikolay Bekers deyib.

Onun sözlərinə görə, bu xidmət artıq bir sıra ölkələrdə tətbiq edilir. Şirkətin icraçı direktoru bildirib: "Azərbaycanda belə bir xidmət hələ mövcud deyil. Bu, bir sıra requlyator və hüquqi məsələlərin lazımi şəkildə olmaması ilə şərtlənir. Hazırda biz ideaların formalaşdırlıması mərhələsindəyik ki, bu layihə Azərbaycanda da həyata keçirilsin".