Bakıda 32 yaşlı kişiyə evinin qarşısında hücum olundu


Digərləri 25 Noy 2017 23:36:00 267 0

Bakıda 32 yaşlı kişiyə evinin qarşısında hücum olundu

Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, rayonun "Kimya şəhərciyi" adlanan ərazisində 32 yaşlı Cəfər Cəfərov bıçaqlanıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Cəfər Cəfərova vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Həkim nəzarəti altında olan yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Bu səbəbdən Cəfər Cəfərovu dindirmək mümkün olmayıb.

Məlumata görə, Cəfər Cəfərov evinin blokuna girən zaman naməlum şəxsin hücumuna məruz qalıb. Bu zaman onlar əlbəyaxa dava ediblər və dava zamanı Cəfər Cəfərov bir neçə bıçaq xəsarəti alıb.

Hadisə ilə bağlı 20-ci polis bölməsinin əməkdaşları məlumatlandırılıb. Polisin əməliyyat qrupu hadisə ilə bağlı araşdırmaya başlayıb.