ABŞ-da baş vermiş atışmada 1 yeniyetmə ölüb, 5 nəfər yaralanıb


Dünya 25 Noy 2017 18:35:58 280 0

ABŞ-da baş vermiş atışmada 1 yeniyetmə ölüb, 5 nəfər yaralanıb

Silahlı toqquşma yeniyetmələrlə naməlum şəxslər arasında baş verib

ABŞ-ın Klivlend şəhərində atışma olub.

"Report"un məlumatına görə, bu barədə "ABC" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, silahlı toqquşma yeniyetmələrlə naməlum şəxslər arasında baş verib. Atışma zamanı 1 yeniyetmə öldürülüb, daha 5-i yaralanıb. Onlar 12-16 yaşlarındadır.

Polis rəisi Kelvin Uilyams ölmüş yeniyetmənin ailəsinə başsağlığı verib və insidentin araşdırılması üçün ictimaiyyəti köməyə çağırıb.