TRT Avazın sabiq prodüseri Rusiya səfirinin qətli ilə bağlı həbs olunub


Dünya 25 Noy 2017 08:33:00 295 0

TRT Avazın sabiq prodüseri Rusiya səfirinin qətli ilə bağlı həbs olunub

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlində şübhəli bilinən Türkiyənin TRT Avaz telekanalında Eko Avaz proqramının sabiq prodüseri, Guru Medya nəşriyyat qrupunun rəhbəri H.E. həbs edilib.

Son.az Trend-ə istinadən bildirir ki, saxlanılan sabiq prodüser Anakarada məhkəmə binasına gətirilib və "Qəsdən qətl təşkil etmək" ittihamı üzrə onun həbsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki sabiq səfəri A.Karlov ötən il dekabrın 19-da Ankarada fotosərgidə çıxışı zamanı güllələnib. Səfiri öldürən Mövlud Altıntaş təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.