Türkiyə TV-kanalının sabiq prodüseri Rusiya səfirinin qətli ilə bağlı həbs olunub


Digərləri 25 Noy 2017 06:11:00 240 0

Türkiyə TV-kanalının sabiq prodüseri Rusiya səfirinin qətli ilə bağlı həbs olunub

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlində şübhəli bilinən Türkiyənin TRT Avaz telekanalında Eko Avaz proqramının sabiq prodüseri, Guru Medya nəşriyyat qrupunun rəhbəri H.E. həbs edilib

Bakı. Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlində şübhəli bilinən Türkiyənin TRT Avaz telekanalında Eko Avaz proqramının sabiq prodüseri, Guru Medya nəşriyyat qrupunun rəhbəri H.E. həbs edilib. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, saxlanılan sabiq prodüser Anakarada məhkəmə binasına gətirilib və "Qəsdən qətl təşkil etmək" ittihamı üzrə onun həbsi barədə qərar qəbul edilib. Qeyd edək ki, Rusiyanın Türkiyədəki sabiq səfəri A.Karlov ötən il dekabrın 19-da Ankarada fotosərgidə çıxışı zamanı güllələnib. Səfiri öldürən Mövlud Altıntaş təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin