Baş konsul: "Batumi otelində yanğın zamanı ölən və yaralananlar arasında azərbaycanlı yoxdur" - YENİLƏNİB


Dünya 24 Noy 2017 23:30:00 329 0

Baş konsul: "Batumi otelində yanğın zamanı ölən və yaralananlar arasında azərbaycanlı yoxdur" - YENİLƏNİB

Azərbaycan konsulluğunun əməkdaşları hadisə yerindədirlər və yenə də vəziyyətlə maraqlanırlar

"Batumidə “Leogrand” otelində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 10-dan çox insan yaralanıb. Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı və ya bu şəhərdə yaşayan soydaşımız yoxdur".

Bu sözləri “Report”un Gürcüstan bürosuna Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov deyib.

Baş konsul bildirib ki, konsulluğun əməkdaşları hadisə yerindədirlər və yenə də vəziyyətlə maraqlanırlar.

Bir neçə saat əvvəl Batumidəki “Leogrand” otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir.

***22:15

Tbilisi. 24 noyabr.