Vaqif Əsədov: "Siqnal verəverə ailə qururuq" VİDEO


Digərləri 24 Noy 2017 21:24:00 303 0

Vaqif Əsədov: "Siqnal verəverə ailə qururuq"  VİDEO

Ərazidə səs siqnalından istifadə etməni qadağan edən nişan olsa da buna çox az sürücü əməl edir.

Son.az bildirir ki, kadrlar paytaxtın mərkəzində, metronun ''İçərişəhər'' stansiyasının yaxınlığında çəkilib. Ərazidə 132 və 134 nömrəli məktəb kompleksi olduğundan yol polisi həmin yerə siqnalı qadağan edən nişan qoyub. Amma həmin küçədə avtobus və minik maşınlarının sürücüləri siqnal verərək həm şəhər sakinlərinə həm də məktəbdə təhsil alan şagirdlərə mane olurlar.

Elə buna görə də, yol polisi belə sürücülərə qarşı nəzarəti gücləndirib. Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, səs siqnalından istifadə etdiyi üçün ilin əvvəlindən bu günə qədər 500-dən çox sürücü cərimə edilib.

Çəkiliş apardığımız zaman şahid olduq ki, belə fakt şəhərin digər ərazilərində də var. Azadlıq və Ziya Bünyadov prospektinin kəsişməsində, baş yolda hərəkət edən sürücülərin yoluna girmək bir çox sürücü siqnal verərək keçirlər. Bu da ərazidə böyük təhlükə yaratmaqla yanaşı həm də səs-küyə səbəb olur. Bölmə rəisi siqanal verməyin sürücülər arasında sanki bir adət halı aldığını deyir. Səs siqnalından istifadə etmək yalnız iki halda mümkündür. Yol nəqliyyat hadisəsinin baş verməməsi və yaşayış məntəqəsindən kənarda qarşıda hərəkət edən sürücünü xəbərdar etmək üçün. Sürücülər özləri də bunun pis vərdiş olduğunu etiraf edirlər.