Donald Tusk: Münaqişələr "Şərq tərəfdaşlığı" ökələrində inkişafı əngəlləyir


Digərləri 24 Noy 2017 20:04:00 304 0

Donald Tusk: Münaqişələr "Şərq tərəfdaşlığı" ökələrində inkişafı əngəlləyir

Münaqişələr "Şərq tərəfdaşlığı" ökələrində inkişafı əngəlləyir.

Bakı. Ləman Zeynalova - Münaqişələr "Şərq tərəfdaşlığı" ökələrində inkişafı əngəlləyir. Trend-in məlumatına görə, bunu Aİ Şurasının prezidenti Donald Tusk Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin yekunları üzrə mətbuat konfransında deyib. Onun sözlərinə görə, sammit iştirakçıları yeni iqtisadi və siyasi məqsədlər barədə razılığa gəliblər ki, bunlar 2020-ci ilə qədər nail olunmalıdır: “Biz “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində xırda və orta sahibkarlıq, rəqəmsal iqtisadiyyat və infrastruktur layihələr kimi konkret sahələrdə əməkdaşlığı möhkəmləndirmək niyyətindəyik". Sammit zamanı qəbul olunmuş birgə bəyannamə barədə D.Tusk bildirib ki, o, sənədin daha ambisiyalı tərtibatda olmasını arzulayardı. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin