“Məni güllələmək istədilər” Azərbaycanlı aparıcıdan inanılmaz açıqlamalar FOTO


Şou-biznes 24 Noy 2017 19:54:00 317 0

“Məni güllələmək istədilər”  Azərbaycanlı aparıcıdan inanılmaz açıqlamalar  FOTO

Son.az Uzun müddətdir efirlərdən uzaq gəzən tanınmış aparıcı Samir Bayramlının müsahibəsini təqdim edir:

- Özünüzü necə hiss edirsiniz? - Deməli, bir dostumun tanışı var, kartla fala baxır. Dostum da bunu təriflədi ki, hər şeyi bilir və görür. Qadın isə həyatında birinci dəfədir ki, məni görürdü. Bekarçılıq idi, dedim hə, bax. Ömrü boyu da başıma nə gəlirsə, bekarçılıqdan gəlir. Kartı açan kimi dedi ki, sən çox böyük bir boşluqdasan, amma keçəcək, heç vecinə də alma. Elə bil o, deyəndən sonra mənə çatdı ki, düz deyir. Durğunluqdur, sadəcə olaraq dayanmışam.

- Sizcə nəsə etmək lazım deyil? - Bilirsiz necədir? Yuxu görürsən e, elə bil bilirsən ki, bunu etməlisən, amma edə bilmirsən. Niyəsini bilmirsən. Əslində, nə etməli olduğumu da bilirəm. Bir dəfə Brilyant Dadaşova hansısa bəstəkarın adını çəkib, demişdi ki, o, mənim əlimdən tutub gətirməsə, indi müğənni deyildim.

- İndi sizin də əlinizdən kimsə tutub aparmalıdır? - Allaha şükür ki, indiyədək heç kim mənim əlimdən tutmayıb. Televiziyada belə heç kim deməyib ki, bu kameradır, bu mikrofondur. Hər şeyi, hətta maşın sürməyi də özüm öyrənmişəm. Həyatında "pedal" tanımayan, rul tuta bilməyən mən bütün bunları şəhərin mərkəzində tək öyrənmişəm. Çox prinsipial adamam. Ən böyük prinsipim də özümlə bağlıdır.

Elə bil kimsə gəlib deməlidir ki, gəl bu işi görək, yoxsa özüm kiməsə gedib demərəm. İndiyədək heç kimdən xahiş etməmişəm, nə də "tapşırtdırmamışam". Yaltaqlıqla, kiminsə torbasını tikməklə vəzifəyə gəlməmişəm. Bütün layihələrimin də birinci və sonuncu aparıcısı özüm olmuşam.

- Bəs sizin torbanızı tikənlər çox olub? - İndi də var. İnanırsız, bilirəm kimlərdir. Onlarla daha çox deyib-gülürəm. Çünki məni qıdıqlamırlar, narahat etmirlər. Elə bil məni vururlar, amma hiss etmirəm.

- Çox cılızdırlar deyə? - Yox, cılız deyillər. Özlərinə görə hörmətləri, adları var. Mənim "kafam"da olan adamlar deyillər. Sadəcə onların həyatlarında elə məqamlar var ki, təsəvvür etməzlər ki, onu bilirəm. Amma həyatı boyu bunu heç yerdə demərəm. Bilirəm, mənim bəsimdir.

- Gələcəkdə silah kimi istifadə etmək də istəmirsiniz? - Etsəm, 12 ildə edərdim də, qardaş. Bir şeyi dərk etmirlər ki, biz Nyu-Yorkda, Çində yaşamırıq ki, 5-10 ildən bir qarşılaşaq, Bakıdayıq. Özü də ki, həmişə təsadüfən qarşıma çıxır bir şeylər. Oturursan bir yerdə, bir də görürsən yanındakı başladı ki, "filankəs var e, sizdə". Bütün söhbətlər də bununla başlayır, "o, necə adamdır?"la davam edir və hər şeyi açıb tökürlər. Neçə dəfə həmin adamlarla mübahisə etmişəm və haqsız çıxmışam. Amma mübahisəmin səbəbi ilk növbədə özüm olmuşam. Çünki bilirəm onu bu gün başqasına edən, sabah mənə də edəcək. Sonda isə sözüm "Əşşi, mənim nəyimə lazımdır?" olur. Kim nə edir, özünə edir.

- Heç olmayıb ki, siz pislik edənə pisliklə cavab verəsiniz? - Dəliyəm, ya zəifəm? O qədər savadsız, düşüyəm? O mənasız, zəif adamların hərəkətidir. Kimə nə edirsən, bumeranq kimi sənə qayıdır. Pislik etmirəm, əsas odur mən bilirəm.

- Kimisə o bildiklərinizlə qorxuda saxlayırsız? Həmin adama nəsə bildiyinizi hiss etdirirsiniz? - Heç həmin adamları görmürəm, görəndə də üzlərinə gülürəm. Bu həyatda hər şey qarşılıqlıdır. Siz mənə bu gün bir konfet verəndə, mən "ponyatka"lı adamamsa, həmin konfetin yerinə hörmət, jest edə bilərəm. Bəzi şeylər var ki, yaddan çıxmır. Məsələn, vaxtında sənin stəkanın qırılanda mən nəsə etmişəmsə, eyni hal məndə təkrarlananda sən bunu görməzdən gəlmisənsə, həmin vaxt gəlirik zurnanın "zort" dediyi yerə, o yer də çox pisdir.

- Elə insanlar var ki, belə şeyləri başa düşmür axı. Özlərini elə aparırlar ki, guya sən ona borclusan. Həmişə etməlisən. - Həmin insanlar da gedir kiməsə düçar olur, sənə etdiyinin eynisini özünə qarşı görür və ağlı başına gəlir.

- Bu yaxınlarda ağır itki verdiniz - atanız dünyasını dəyişdi. Bu ağır dönəmlərinizdə kimlər süzgəcdən keçdi, kimlər qaldı? - Belə şeyi danışmağı sevmirəm. Bizdə məclisdə bir dostum gəlmişdi. O dedi ki, mənim nənəm rəhmətə gedəndə 4 min nəfər adam gəlmişdi. Amma indi soruşsan kimlər yox idi, hamısını bilərəm. O elə məqamdır ki, nə qədər başın qarışıq olsa da, sonradan dərk edirsən ki, kimlər yox idi. Elə adamlar gəldilər, zəng etdilər ki, məəttəl qaldım. Kimlərsə olmadısa, neynəməli? Allah hamısının canını sağ eləsin.

- Yeni layihədə adınızı gördüm... - Bu layihə neçə aydır var. Ceyhun Aygün Kazımovadan sonra başqası ilə çəkilmək istəyirdi. Mən də Nigar Camalı məsləhət gördüm. Çünki "yeyilməyən" müğənnidir. Reklamlara filan az çəkilib. Orada Nigarın idman geyimindən tutmuş, bütün işləri mən hazırlamışam. Bu birinci işim deyil. Bir neçə işim olub, sadəcə "sağ olsunlar" adımı çəkməyiblər.

Yaşar Yusubun ilk klipini, solo konsertini mən çəkmişəm. Abdul Xalidin bundan öncəki klipini mən etmişəm. Hazırda Abdul Xalid "Anam, hardasan?" adlı mahnını ifa edib. Onun da layihə rəhbəri mənəm.

- Bəlkə də səhv fikirləşirəm, ancaq mənə elə gəldi, Abdul Xalid bu mahnını çıxarmaqla istəyir ki, insanlar ona acısın. Yəni marketinq baxımından bu yola əl atıb... - Bunu fikirləşmək dünyanın ən normal şeyidir. Azərbaycan şou-biznesində ucuz və mənasız hadisələr o qədər olub ki, heç kim başqasına zəmanət verə bilmir. Çünki onundan doqquzu bu cürdür. Lakin Xalidin anasının yeddisi günü mən atamı itirdim. Müğənnilərin xoşbəxtliyi səslərinin olması və o səslə içindəki duyğuları çölə verə bilmələridir. Əbədiləşdirirlər. Bu kommersiya işi deyil. Abdul Xalid bunu verilişlərdə, konsertlərdə, toyda oxumayacaq. Sadəcə bir tarixdir.

- Yəqin ki, Abdul Xalid fikrimdən inciməz... - Yox, belə sualların verilməyi normaldır. Belə hadisə mənim də başıma gəldi. Atamı dəfn edəndə zəng gəldi ki, filan saytdanıq, olar sabah gələk? Dedim ki, gəlin, daha fikirləşmədim ki, onlar kamera ilə gələ bilərlər. Bəd günümdə bu heç ağlıma belə gəlmədi. Hüzür yerində xəbərim oldu ki, gələn qonaqları filanı çəkirlər. Çağırdım, dedim ki, çəkməyin. Başım qarışıq idi. Saytlar bunu verdi. Bir-iki nəfər demişdi ki, atasının yasına saytları çağırıb. Məntiqlə danışanda hə, çağırmışam, amma çəkiliş olacağını bilməmişəm. Heç bilmədim mənə zəng vuran kim idi. Təbii ki, deməliydim gəl. Mən nə haydayam? Deyənləri vecimə də almadım. Onlara cavab belə vermədim. Çünki onlar inandığına inanmışdı. Əksinə, müdafiə edəndə deyirlər, soğan yeməmisən için niyə göynəyir? Kim necə istəyir, elə də görür.

O ki, qaldı işlərimə, hələ ki dostlarım üçün hər şey edirəm, heç bir maddiyat güdmürəm. Əslində, xaricdə insanlar ideyalarını satır və milyonlar qazanır. Bəzən dostlarıma deyirəm ki, sizə milyonlar xərcləyirəm e (gülür).


Xəbərə aid fotolar