Cocuq Mərcanlı sakinlərinə idman ləvazimatları təqdim olunacaq


Digərləri 24 Noy 2017 19:00:00 264 0

Cocuq Mərcanlı sakinlərinə idman ləvazimatları təqdim olunacaq

AFFA-nın irəli sürdüyü layihə UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) tərəfindən təsdiq olunub.

Son.az Trend-ə istinadən bildirir ki, "Brave Hearts" (Cəsur ürəklər) adlı layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək. Layihə çərçivəsində Cocuq Mərcanlı kəndinin sakinlərinə idman ləvazimatları təqdim olunacaq.