Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər


Şou-biznes 24 Noy 2017 17:26:00 407 0

Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər

Tanınmış aktrisa Pərvin Abıyeva Türkiyənin məşhur "Hürriyet" qəzetinə müsahibə verib.

Son.az xəbər verir ki, aktrisa müsahibəsində şəxsi həyatından da danışıb.

O "sevgiliniz varmı?" sualına belə cavab verib: "Var, həm də yox kimi bir şeydir. Əgər mən Türkiyəyə köçsəm, Azərbaycanda olan hər şeyi yarımçıq qoyacam. Sevgilim əgər istəsə, mənimlə gələr, istəməsə də özü bilər. Həyatımı kiməsə görə dəyişmərəm".

Aktrisa müsahibəsində Rafet El Romanla münasibətindən də danışıb və onu çox romantik adlandırıb: "Rafet çox romantik, səmimi insandır. O Azərbaycan kişiləri kimi deyil. Azərbaycanlı kişilər kobud, bir az da köhnə fikirlidirlər. Türk kişiləri kimi romantik deyillər"


Xəbərə aid foto