Breksit üzrə danışıqların final mərhələsi dekabrın 4-də başlayacaq


Dünya 24 Noy 2017 13:18:30 305 0

Breksit üzrə danışıqların final mərhələsi dekabrın 4-də başlayacaq

Avropa Komissiyasının sədri Jan-Klod Yunker: "Ümid edirəm ki, danışıqlar düzgün istiqamətdə gedəcək"

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması üzrə danışıqların son mərhələsi bu il dekabrın 4-də başlayacaq.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker Brüsseldə V Şərq Tərəfdaşlığı Sammitində deyib.

"Mən dekabrın 4-də Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə görüşəcəyəm. Əslində, son mərhələ dekabrın 4-dən başlayacaq. Danışıqlar prosesində "irəliləyiş var. Mən ümid edirəm ki, danışıqlar düzgün istiqamətdə gedəcək", - Yunker deyib.

Böyük Britaniyanın Aİ-dən çıxmasının şərtləri üzrə London və Brüssel arasında danışıqlar bu il iyunun 19-da Belçika paytaxtında başlayıb. Dialoq 2018-ci ilin noyabr ayınadək davam edəcək, bundan sonra tərəflərin əldə olunmuş razılaşmaların milli parlamentlərdə ratifikasiyası üçün yarım il vaxtları olacaq. Breksit 2019-cu il martın 29-da London vaxtı ilə 23:00-da baş tutmalıdır.