Bakı və Gəncə MDB-də qış səyahəti üzrə TOP-10-a daxil olub


Digərləri 24 Noy 2017 11:06:00 236 0

Bakı və Gəncə MDB-də qış səyahəti üzrə TOP-10-a daxil olub

"TurStat" analitik agentliyi rus turistlərin qış səyahəti üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini tərtib edib.

Bakı. "TurStat" analitik agentliyi rus turistlərin qış səyahəti üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini tərtib edib. Trend-in məlumatına görə, reytinq bu qış mövsümündə turist səfərlərinin populyarlığının təhlili üzrə hazırlanıb. Reytinqə əsasən Azərbaycanın Bakı və Gəncə şəhərləri dekabrın 30-dan yanvarın 8-dək Yeni il tətilində istirahət edəcək ruslar arasında MDB ölkələrində qış səfərlərinin ilk onluğuna daxil olub. TOP-10-a daxil olan şəhərlər bunlardır: Minsk, Almatı, Bakı, Astana, Yerevan, Daşkənd, Brest, Bişkek, Kişinyov və Gəncə. MDB-də ucuz səfərlər üzrə Bişkek, lüks istirahət üzrə isə Bakı liderdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin