Avropa Parlamenti PKK-ya qarşı yeni sanksiya tətbiq edib


Dünya 24 Noy 2017 10:43:07 280 0

Avropa Parlamenti PKK-ya qarşı yeni sanksiya tətbiq edib

Türkiyənin Xarici İşlər Nazriliyi Avropa Parlamentinin qərarını alqışlayıb

Avropa Parlamenti terrorçu qruplaşmalara, o cümlədən PKK-ya qarşı yeni sanksiya tətbiq edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, parlamentin qərarına əsasən, terrorçuların Avropa Parlamentinə dəvət olunması qadağan edilib. 

Bundan başqa, onların Avroparlamentin binasına girişinə məhdudiyyət qoyulub və parlamentdə hər hansı təbliğat apara bilməzlər.

Türkiyənin Xarici İşlər Nazriliyi Avropa Parlamentinin qərarını alqışlayıb. Nazirliyin açıqlamasında qeyd olunub ki, qərarın icrasını yaxından izləyəcəklər.