Bakıda avtobus marşrutunda növbəti hoqqa


Digərləri 24 Noy 2017 10:37:21 304 0

Bakıda avtobus marşrutunda növbəti hoqqa

Bu marşrutdakı avtobuslardan gələn şikayətlər tükənmir.

Bakı sakinlərindin biri Son.az-a müraciət edərək paytaxtda 165 saylı marşrut üzrə hərəkət edən 10 TG 323 dövlət nişanlı avtobusun sürücüsündən şikayət edib:  

"Avtobusun sürücüsü noyabrın 23-də, saat 19:20-də Azadlıq prospektində, "Baku Electronics"in yanında avtobusu saxladı və geri dönmək üçün camaatı boşaltdı. Bəhanə etdi ki, guya yol bağlıdı. Amma, əslində, yol açıq idi. Camaat qaldı yarı yolda. Sonra da sürücü və onun məktəbyaşlı konduktoru qanunu kobud şəkildə pozaraq sərnişinlərdən pul tələb etməyə başladılar. Halbuki, camaat istədiyi yerə, lazımi ünvana gedə bilməmişdi. Avtobusdan düşüb yarım saat 133 nömrəli maşrutu gözlədim, gəlmədi.