Hindistanda qatarın qəzaya uğraması nəticəsində 3 nəfər ölüb


Dünya 24 Noy 2017 08:21:14 291 0

Hindistanda qatarın qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Hadisə zamanı daha 9 nəfər yaralanıb

Hindistanın Uttar-Pradeş ştatında qatarın relsdən çıxması nəticəsində ən azı 3 nəfər həyatını itirib.

"Report" "The Indian Express"ə istinadən xəbər verir ki, qəza zamanı daha 9 nəfər xəsarət alıb.

Nəşr yazır ki, qatar Patna şəhəri istiqamətində hərəkətdə olub. İnsident nəticəsində qatarın 13 vaqonu relsdən çıxıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.