Rusiya və Azərbaycan din xadimləri arasında saziş imzalanıb


Digərləri 24 Noy 2017 01:52:00 540 0

Rusiya və Azərbaycan din xadimləri arasında saziş imzalanıb

Cümə axşamı günü Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb regionu Müsəlmanlarının Ruhani İdarəsinin müftisi Ravil-Həzrət Pançeyev və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxulislam Allahşükür Paşazadə arasında konfessiyalararası sülhün yayılmasında təcrübə mübadiləsi və əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Qeyd olunur ki, saziş kitab nəşri, təcrübə və nümayəndə heyətlərinin mübadiləsi, birgə konfransların keçirilməsini nəzərdə tutulur.